TOY, NIŞAN, XINAYAXDI, AD GÜNÜ & DIGƏR TƏDBİRLƏRİNİZƏ: 222 MƏKAN

Saray & Restoran adı
MENU
Tədbiriniz
Ərazi

AZƏRBAYCANIN YEGANƏ VƏ ƏN GENİŞ TƏDBİR MƏKANLARI PLATFORMASI

Şad günləriniz üçün restoran və sarayları tapın.

  • Gilavar Saray

    Gilavar Saray

    Gənclik M./ T.Bəhramov stad. yaxın.

    Öz kübarlığı və modern dəbdəbəsi ilə daim digərlərindən seçilən Gilavar Saray ən son dəbləri izləyərək bütün standartlara cavab verən və ən tələbkar zövqləri qarşılaya biləcək iki zalı ilə qarşınızdadır. Möhtəşəm toylarınız üçün 300-600 nəfər qonaqlarınızı rahatlıqla qəbul edəcək tamamilə bəyaz rəngə bürünmüş və xüsusi işıq avadanlıqları ilə müxtəlif rəng çalarlarına qərq ola olan Bəyaz zalı ən son dekorativ trendləri özündə cəmləyib. Daha kiçik VİP zal 120-300 nəfərlik qonaqlarınız üçün nəzərdə tutulduğundan burada digər şad günlərinizi – toy, nişan, xınayaxdı, ad günü və s. bizə inamla etibar edə bilərsiniz. Şəhərin mərkəzində yerləşməsi (Gənclik M. /T. Bəhramov std. arxası) bütün qonaqlarınızın qısa vaxtda və rahat şəkildə tədbirinizdə iştirakı üçün ideal mövqedə yer alıb. Həmçinin bir çox şadlıq saraylarının ən ciddi çatışmazlıqlarından biri olan parkinq ərazisinin kasadlığı Gilavarda çox asanlıqla həllini tapıb. Geniş (350 avtomobillik) avtopark qonaqlarınızın nəqliyyatının sərbəstliklə parklanması üçün yaradılmışdır. Lakin şəhərin mərkəzində olmasına baxmayaraq Gilavar 4 tərəfdən şam ağaclarından ibarət meşəliyin içərisində yer alıb, bu isə həm ekoloji təmizlik, sakitçilik və xüsusi bir abu hava verir buraya. Gilavarın həyətinə daxil olandan özünüzü şəhərdən kənarda, rahat bir atmosferdə hiss edəcəyiniz bizdə şübhə yaratmır. Həyətdən Bəyaz zala aparan pilləkanlar heç bir yerdə rast gələ bilməyəcəyiniz unikal bir dekor üslubunda-qırmızı xalçalı açıq tunel ilə inşa olunmuşdur. Bu isə qonaqlarınızın, xüsusilə də Bəy&Gəlinin təmtəraqla zala daxil olmasına üçün dizayn edilib. Digər bir üstün cəhətimiz əsas toy zalımız hesab olunan Bəyaz zalın və onun foyesinin hündür və genişliyi ilə seçilməsidir ki, bu da toyunuzun komfortu üçün hesablanıb. Menyuya daxil olan yeməklərimiz çox gigiyenik şəraitdə, düzgün inqridientlərdən hazırlandığı üçün Gilavar saray uzun illərdir ki, müştərilərini qoruyub saxlaya bilmişdir. Siz də gəlin ki, sadaladığımız bütün fərqlilik və üstünlüklərimizi öz gözləriniz ilə görə biləsiniz.…

  • Cıdır Düzü

    Cıdır Düzü

    7 MKR S.S. Axundov küç 1

    Cidir Duzu Şadlıq Sarayı Sizə daim yüksək xidmət göstərməkdən qürur duyur! Öz şad gününüzü burada keçirmək şansını əldən qaçırmayın. Bizdə xeyir işini keçirən hər bir kəs daimi məmnun olaraq bizi xatırlayır.Məqsədimiz müştərilərin istəklərini və imkanlarını nəzərə alaraq, qonaqların zövqünün oxşayacaq tədbiri təşkil etməkdir. Biz uzun bir müddətdir ki, öz müştərilərimizin ən gözəl günlərinin təşkili ilə məşğul olduğumuz üçün bundan fəxr hissi keçiririk və bu sahədə professionallığımıza etibar edə bilərsiniz!…

  • İmperial

    İmperial

    Asif Məhərrəmov 1

    Zövq həzzə, həzz sevincə, sevinc sevgiyə, sevgi isə imperiala aparır. Sevginizdən zövq alın. Size narahat edən bütün sualları isə biz həll edəcəyik. Yeni təmirdən çıxmış geniş zal, arzuladığınız müğənni , milli və dünya mətbəxindən istənilən təam, qonaqlarınız üçün rahat avtopark, ən əsası İmperial şadlıq sarayı sizə Topqapı restoranının keyfiyyətini təqdim edir. Imperial – biz hər şeyi sizin əvəzinizdən düşünürük! …

  • Oazis Saray

    Oazis Saray

    Şövkət Məmmədova 24

    Zaman gəlib yetişdikdə iki gəncin ən xoşbəxtliyini bir gündə keçirtmək ən xoş anlardan biridir. Oazis Restoranının yeni toy zalı Sizinlə iki gəncin ən xoşbəxt anlarını ən yüksək səviyyədə, ürəyiniz istəyən kimi həyata keçirəcək. 200 nəfərdən 700 nəfərə kimi geniş Oazisin toy zalı sevgi ilə sizlərin xidmətindədir. Zövqlə bəzədilmiş bəy gəlin masası, Avropa və Milli mətbəxin ən ləziz təamları, populyar mügənnilərin ifası ən yadda qalan xatirənizə çevriləcək. Oazis restoranının yeni Toy zalı iki gəncin xoşbəxt həyatının ilk təkanı olacaq. Bir sözlə sevgi ilə dolu Oazisə gəlin.…

  • Spring

    Spring

    Bakı Dənizkənarı Dairəvi Yol

  • Venera

    Venera

    Babək, pr-t 37

  • Ballı

    Ballı

    Cəfər Xəndan 3097 (Elite TM yaxinligi)

    Minlərlər insanın rəğbətini qazanmış, yüzlərlə gəncin xoşbəxt anlarına şahidlik etmiş Balli şadlıq sarayı yeni mövsumdə yenə də qapılarını Sizin üzünüzə açır: böyük, kiçik və banket zallarında xoş anlar yaşamağa ləzzətli təamlar nuş edərək əylənməyə tələsin. Sizin arzunuzla tərtib edilmiş özəl menyular yalnız Ballı şadlıq sarayında! Populyar müğənnilərin iştirakı ilə zövqünüzü oxşayacaq ifalar sizin məclislərinizi daha da yadda qalan edəcək. Sizi qiymətli hədiyyələr və münasib qiymətlər gözləyir. Ballını seçin ki, həyatınız bal kimi şirin olsun!…

  • Ülvi Saray

    Ülvi Saray

    Mehdiabad qəsəbəsi, 28 may küç.

  • Bakı Əyləncə Mərkəzi Lido Restoranı

    Bakı Əyləncə Mərkəzi Lido Restoranı

    Fəzail Bayramov 1130/33

    Bakı Əyləncə Mərkəzinin Lido zalı. Baki Eylence Merkezi Sizi burada əsrarəngiz toylarınızın keçirilməsinə dəvət edir.…

  • Kolizey

    Kolizey

    Babək prospekti.

    Kolizey restoranının şəhər daxilində yerləşməsi qonaqlarınızın ünvana asanlıqla çatmasına imkan yaradır. Həmçinin restoranın qarşısındakı tutumlu dayanacaq qonaqlarınızın bütün avtomobillərini rahatlıqla yerləşdirəcək. Sizi Kolizey restoranına dəvət edirik. Yüksək ixtisaslı aşpazlarımız sizə avropa və milli mətbəxin ən ləziz təamlarını təklif edirlər. Yüksək xidmət və gülərüz personal həmişə sizin xidmətinizdədir. Toy mərasimləri üçün böyük Kolizey zalı və kiçik tədbirləriniz üçün Roma zalı sizin sərəncamınızdadır. …

  • Xəmsə

    Xəmsə

    8 km qəs. M. Əliyev küç. 2404

    Siz artıq avropa gözəlliyini avropaya getməklə deyil, Xəmsəyə gəlməklə hiss edəcəksiniz. Biz avropanı Xəmsəyə gətirdik. Yeni istifadəyə verilmiş füsunkar Avropa zalı: 400-450 nəfərlik qonaqlarınız ilə Xəmsənin Avropa zalında əsl gözəlliyi duyacaqsınız. Xüsusi zövqlə işlənmiş bu zalda hər bir ornament sizə avropa qitəsini xatırladacaq. Kübar qonaqlarınız ilə təntənəli toyunuzu Avropa zalımıza etibar edin. Zövqünüzlə zövqümüzü Xemsenin Avropa zalında bərabər etdik. Xəmsəyə gəl, Sizə Avropada xidmət edək. Xəmsə - Avropanı görmək istəyən hər kəsə!…

  • ARENA Saray

    ARENA Saray

    Gənclik M. K. Rəhimov 15

    ABU Arena şadlıq sarayı toy,nişan, ad günləri, yubileylər, korporativ tədbirlər və digər mühüm tarixləri anların yaşanılması üçün komfortlu və dəbdəbəli zalını təklif edir. Böyük VIP salonunda bütün qonaqlarınızın rahat şəkildə əyləşməsi üçün hər bir şərait yaradılıb. Hündür tağlı tavanlar, qızılı rəngli kapiteliyalı teatral lojalar Sizə imperator sarayını xatırladacaq. Arena restoranının ölçüləri, nəcib ağ və qızılı rənglərin ahəngi, büllur çilçıraqlar və mərmər döşəmə bütün qonaqları özünə valeh edəcək. Geniş zalın bayramsayağı və eyni zamanda da rahat atmosferi Sizin istənilən tədbirinizi yaddaqalan və təntənəli edəcəyinə əminik. Abu Arena - sizin axtardığınız məkan! …

  • Çıraq Palas

    Çıraq Palas

    7 mkr S.S.Axundov 20A

    Yeni istifadəyə verilmiş Çıraq palasda geniş toy zalı, kiçik banket zalı ilə Sizlərin xidmətinizdədir. Burada Avropa və Milli mətbəxin ləziz təamlarının dadı damağınızdan getməyəcək. Geniş rəqs meydançası, gözəl bəy və gəlin guşəsi, əsrarəngiz zalımız isə toyunuza daha da rəng qatacaqdır. Çıraq palas eyni zamanda geniş yeraltı avtoparkinqi ilə də digər məkanlardan seçilir. Dəbdəbəli foyemiz isə saraya ilk girişdən onun əzəmətindən xəbər verir. Ciraq Palas - Sizin axtardığınız Məkan!…

  • Grand Neon Sadliq Sarayi

    Grand Neon Sadliq Sarayi

    Mikayıl Əliyev 17

    Həyatda ən dəyərli məqamlar sevincli, sevgi dolu məqamlardır və bu məqamlara özəllik qatmaq istəyənlər bu anları yalnız Neon-da sarayda yaşayırlar. Odur ki, siz sevgi dolu anları şəhərimizin ən dəyərli məkanı Neol palace-da qeyd edin. Qoy Neon palace sizing sevincinizin yegane şahidi olsun. Bu məkan soyuq qış günlərində sizing könlünüzü isidəcək. bu məkan yalnız öz özəl günlərini düşünənlər üçündür. Bu məkan çox gözəldir. Gəlib görənlər üçündür. Bu məkan sevənlər və sevilənlər üçündür. Zalın forması dairəvi formada olduğundan ona xüsusi bir fərqlilik verir. Neon Palace- Yox deyə bilməyəcəyiniz bir məkan!…

  • Neon Palace

    Neon Palace

    Mikayıl Əliyev 17

    Həyatda ən dəyərli məqamlar sevincli, sevgi dolu məqamlardır və bu məqamlara özəllik qatmaq istəyənlər bu anları yalnız Neon-da sarayda yaşayırlar. Odur ki, siz sevgi dolu anları şəhərimizin ən dəyərli məkanı Neol palace-da qeyd edin. Qoy Neon palace sizing sevincinizin yegane şahidi olsun. Bu məkan soyuq qış günlərində sizing könlünüzü isidəcək. bu məkan yalnız öz özəl günlərini düşünənlər üçündür. Bu məkan çox gözəldir. Gəlib görənlər üçündür. Bu məkan sevənlər və sevilənlər üçündür. Zalın forması dairəvi formada olduğundan ona xüsusi bir fərqlilik verir. Neon Palace- Yox deyə bilməyəcəyiniz bir məkan!…

  • Amore Restoran Novxanı

    Amore Restoran Novxanı

    Novxanı, Sahil küç.

    Amore Restoran Novxanı qəsəbəsində düz Xəzərin sahilində yerləşmişdir. Novxanı qəsəbəsinə salınmış geniş və yeni yol şəhərdən 15-20 dəqiqə ərzində qonaqlarımıza Amore-da Xəzərlə təmasda olmaq imkanı verir. Amore Restoranın onlarla kottec və besedkalardan ibarət geniş həyətyanı sahəsi sakit şəraitdə ailəniz və yaxınlarınızla istirahət üçün nəzərdə tutulub. Amor Restoranın əsas korpusun birinci mərtəbəsində 8 ədəd kişik ailəvi banketləriniz üçün nəzərdə tutulmuş çox ecazkar dizayna və dəbdəbəli interyerə malik kabinetlər yer almışdır. Korpusun 2, 3 və 4-cü mərtəbələrində isə daha böyük tədbirlərinizi rahatlıqla qəbul edə biləcək 3 böyük zal yer almışdır. Burada rahatlıqla 50-350 nəfərə kimi qonaqlarınızın qəbulu üçün nəzərdə tutulub. Üstünlüklərində biri də süfrənizin arxasından durmadan ucsuz-bucaqsız Xəzərin ləpələrinə seyr edərək əyləncə dolu Toy, Nişan və digər bu tip yiğıncağınızdan doyunca zövq ala bilərsiniz.…

  • Rich Palace

    Rich Palace

    8 km, Məhsəti G. 139

    Həyat xoşbəxt anların cəmindən ibarətdir. "Mənim ən xoşbəxt günümdə hər şey ürəyimcə olmalıdır" deyirsinizsə, heç düşünmədən Rich Palace şadlıq sarayını seçin. Riç Palas şadlıq sarayı artıq tamamilə yeni konseptə xidmətinizdədir. Böyük toy zalı və işıqlı banket zalında qonaqları qəbul edə bilərsiniz. Bəy Gəlin maşını, zər yağışı, tüstü, tanınmış müğənnilərin iştirakı, bəy-gəlin şəkli Rich Palace tərəfindən hədiyyə edilir. May ayında toy edənlərə həm də xüsusi endirimlər var. Rich Palace- Xoşbəxtliyin Məkanı!…

  • Aysun

    Aysun

    Babək pr. 36

  • Yağmur

    Yağmur

    E.Bəkirli 1

  • Ağ Çiçəyim

    Ağ Çiçəyim

    Yasamal,Şərifzadə 181

    Öz işinin ustası olan Ağ çiçəyim şadlıq sarayının işçi heyyəti sizin istənilən növ tədbirlərinizi ən yüksək şəkildə keçiməyə hazırdır. İstedadlı aşpaz və köməkçi heyyəti Sizin ürəyinizcə olacaq yeməklərin hazırlanmasında xüsusi peşəkarlığını göstərəcək. Ag ciceyim rəhbərliyi isə öz növbəsində Sizin toy, nişan,xınayaxdı,ad günləri və bu kimi digər yaddaqalan günlərin təşkili üçün hər bir istəyinizi nəzərə alacağını unutmayın. Fərqli çeşiddə təqdim edilən menyular sizin cibinizə və zövqünüzə cavab verəcəyindən əmin ola bilərsiniz.Yetər ki, bura təşrif buyurasınız və buranın menyusu ilə tanış olasınız. Ofisantlarımızın qonaqlarınıza gösətərəcəyi qulluq onların etimadlarını doğruldacaq və buradan razı gedəcəklərindən qətiyyən narahat olmayın.…

Restoran & Saraylar - Menyu Qiymətləri Filtrı

Toy, Nişan, Xınayaxdı, Korporativ, Banketlərə ən uyğun qiymətlər tapın