224 Məkandan MəsləhətlərAd Günü Restoranları, Məkanları və Ailəvi Banket Zalları
Saray & Restoran
Menu
Tədbir
Ərazi

Ad Günü Restoranları, Məkanları və Ailəvi Banket Zalları

  • Ad Günü Restoranları, Məkanları və Ailəvi Banket Zalları

     

      

     

     

    Bizim məsləhət gördüyümüz restoranlar: Siyahıda gördüyünüz restoranlar açıq havada tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş, şou proqram və canlı musiqi ilə tanınan restoranlardır. Həmçinin banket zalları da mövcuddur ki, istədiyiniz halda onları da rezerv edə bilərsiniz.

     

     1) NEON Restoran- Ailəvi İstirahət Mərkəzi

    http://shadliq.az/neon-restoran

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     2) Muğam Ocağı

    www.mugam-ocagi-restorani.az

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     Bakı şəhərində ad günü və ya ailəvi digər tədbirləri  təşkil etmək üçün kifayət qədər çoxlu məkan- restoran, banket zalları, əyləncə mərkəzi, hotel, şadlıq sarayı, klub və digər tipli obyektlər mövcüddur. Bizim hesablamamıza görə təkcə Bakıda restoranlar siyahısı  950-dən 1100-ə qədər dəyişilə bilən saydadır. Nəzərə alın ki, bu siyahıya kiçik kafelər, məhəllə içi müştərilərə xidmət göstərən kabinetli və çox ucuz restoranlar  hələ daxil edilməyib. Bu restoranlar şadlıq saraylarının, hotellərin, əyləncə mərkəzləri və aqua parkların nəzdində və ya sərbəst şəkildə xidmət göstərirlər. Bəs bu qədər restoranın arasından sizə uyğun olan ən optimalını necə tapmaq olar? Birincisi ondan başlamaq lazımdır ki, Sizə ümumiyyətlə NECƏ bir məkan lazımdır? Deyə bilərsiniz ki, necə yəni necə? Əlbətdə ən yaxşısı lazımdır! 

     

    Lakin məsələ bu qədər düşündüyünüz qədər də sadə deyilmiş. İş burasındadır ki, Bakıda kifayət qədər müxtəlif mətbəxlər üzrə ixtisaslaşmış məkanlar mövcuddur.  Misal üçün Qarışıq mətbəx, azəri mətbəxi, türk mətbəxi, italyan, rus, ukrayna, çin, gürcü, ərəb və digər millətlərin milli mətbəxləri təmsil edən peşəkar restoranlar. Əlbətdə bunların arasında qarışıq mətbəx -yəni bir neçə ölkənin mətbəxini özündə birləşdirən və Azərbaycan milli kulinariyasını təqdim edən restoranlar çoxluq təşkil edir. Əsl çətinlik də elə məhz Azərbaycan mətbəxi sahəsində xidmət göstərən və ixtisaslaşan restoranlar arasında seçim edərkən çətinlik çəkmiş olursunuz. Çünki bunların arasında çox peşəkar və nə təəssüf ki, zəif xidmət göstərənlər tapılır. Qiymət intervalı da qonaq başına görə ortalama 15-20 azn-dən başlamış düz 150-170 azn və bir çox hallarda yüksək məbləğlərə qədər gedib çatır. Lakin xarici mətbəxlə vəziyyət daha sadədir. Əgər  siz əsl Ukrayna, Fransız, İtalyan, Çin və bu tipli konkret ölkənin kulinariyasını dadmaq istəyirsinizsə bu halda paytaxtda adları barmaqla  sayıla biləcək qədər ixtisaslaşmış restoranlar mövcuddur. Bu kiçik sayda olan məkanların adları ilə məqalənin aşağı hissəsində tanış ola biləcəksiniz.

     

    Azərbaycan Mətbəxi:

    Nəzərə alın ki, əgər siz ən azı 10-15 nəfərdən yuxarı qonaq saylı bir tədbir keçirirsinizsə- ad günü, nişan, xınayaxdı, korporativ və ya digər  banketi bu halda qonaqlarınızın əksəriyyətinin azəri millətindən olduğunu və onların ağız dadını nəzərə alaraq daha çox hallarda öz mətbəximizə və qarışıq menyulu restoranlara üz tutmanız daha uyğun olardı. Beləki bu halda qonaqların böyük hissəsinin yeməklərdən razı qalacağına zəmanət var. Azəri mətbəxinə üz tutduqda isə işi bir az da qəlizləşdirən Azərbaycanın hansı bölgəsinin mətbəxinə üstünlük verməyiniz olacaq. Beləki indi Bakıda çox sürətlə yayılan və şəbəkələri açılan Qəbələ mətbəxi və ya Lənkəran,Naxçıvan, Tovuz, Şəki, Quba, Aran zonasının yeməklərinin spesifikliyini  özündə cımləyən ixtisaslaşmış restoranlar var. Bunun üzərinə fəslindən asılı olmayaraq ilin bütün dövrün fəalliyyət göstərən ixtisaslaşmış Derya, Şəfa, Nar&Şərab kimi balıq restoranları da az deyil. Buna baxmayaraq ailəvi banketləriniz üçün restoran seçimi zamanı yalnız mətbəx ən sonuncu vacib şərt sayılmır. Digər kriteriyalar da sizin tədbirinə özəllik və rangarənglik qatacaq.

    Ərazi və Açıq-Qapalı mühit:

    Götürək elə banketinizin açıq havada və ya qapalı mühitdə keçirilməsini. Razılaşaq ki, yay vaxtı qapalı ailəvi kabinetlərdən və ya zallardan canımız qurtarıb açıq səma altında oturmaq daha çox ləzzət edir. Çünki belə şans hər dəfə ələ düşmür və il ərzində sayılı günlərlə hesablana bilər. Digər faktor banket keçiriləcək məkanın dənizkənarında, şəhəryaxınlıqlı kənar təbiət qoynunda və ya şəhərin daxilində, hətta mərkəzində olmasıdır. Onu da qeyd edim ki, obyektin şəhərin mərkəz və ya kənarda olması heç də onun qiyməti ilə bir başa asılılıq təşkil etmir. Beləki kifayət qədər Bakının Mərdəkan, Bilgəh, Novxanı kimi kəndlərində yerləşən lakin çox elitar restoranları mövcuddur ki, istər göstərilən xidmət səviyyəsinə, istərsə də menyu dəyərinə şəhər daxili bir sıra restoranlaran geri qalmırlar.

    Qonaq Sayınız:

    Qonaq sayınızın nə qədər az və ya çox olması sizin seçim edəcəyiniz restoranların siyahısını kiçildə bilər. Bir çox restoranların böyük zalları ( 50-100 nəfərlik) olmadığından sizin orada daha böyük sayda qonaqlarınızın hamısını bir arada toplamağınız mümkünsüz olacaq. Razılaşın ki, hissə-hissə də tədbir keçirən deyilsiniz. Əksər restoranların qonaq tutumu 100-150 nəfərdən çox olmur. Həmçinin demək olar ki, əksər şadlıq saraylarının kiçik zalları olur ki, orda da 50-200 nəfərə kimi qonaqlarınız olacaq tədbirləri keçirə bilərsiniz.

     

    Şou Proqram:

    Digər bir faktor restoranda canlı şou proqramın olub-olmamasıdır. Beləki restoranların böyük əksəriyyətində gündəlik axşam saatlarında  xüsusilə həftə sonlarında canlı musiqini şahidi ola biləcəksiniz. Niaqara,Çanaqqala, Cıdır, Ay işığı, Oazis və ya Flaminqo kimi restoranlardan fərqli olaraq digərləri mütəmadi olaraq estradanın irili-kiçikli ulduzlarını dəvət etməsi üçün heç də bu qədər gücə-kapital və qonaq dövriyyəsinə malik deyil. Nəzərə alın ki, qonaq sayının çoxluğundan asılı olaraq müğənnilərlə bərabər, uşaqların əylənməsində daha böyük əhəmiyyətə malik olan klounların dəvətidə hər yerdə gündəlik servisə daxil deyil. Bir çox restoranlarda bu xidmətləri əldə etməniz üçün ya əlavə xərc çəkməli olacaqsınız, ya da ki, bunlarsız sakitçilikdə əylənməli olacaqsınız. Onu da deyim ki, əksər şou proqramlı restoranlarda qiymət həmin period üçün adam başı fiks menyu ilə hesablanır ki, bu da adətən 35-60 azn civarında dəyişir. Əlbətdə bu qiymətlər yeni il gecəsi ən yaxşı halda iki dəfə artacağını demək borcumdur. Səbəb isə şou proqramda şou biznes əhlinin tərkibinin çoxluğu və müddətinin uzunluğudur. Lakin düşünməyin ki, bunların hamısı sizi yaxşı əyləndirdiyi qədər də qarnınızı doyura və keyfiyyətli xidməti ilə razı sala biləcək.  Üstündə düşünməli olacağınız digər kriteriya isə tədbiriniz digər qonaqlarla bir yerdə ümumi açıq zalda olması, yoxsa daha tetatet ünsiyyət üçün ayrıca ayrılmış ailəvi kabinetlərdə və zallarda təşkil edilməsidir. Əlbətdə bunların hər birinin öz üstün cəhətləri var, ki əsas məqam sizin daha çox ətraf abu havadan , yoxsa qonaqlarınız ilə baş-başa qalaraq onlarla ünsiyyətdən zövq almağınıza bağlıdır.

     

    İnteryer:

    Restoran və Saray seçimində vacib məqam onun daxili interyeridir ki, bu da klassik, avanqard, modern, neotexno və ya qədim Azərbaycan ornament və atributları ilə zəngin obyektlər ola bilər. Nəzərə alın ki, Bakıya çoxsaylı turistlərin gəlməsi ilə və şəhər sakinlərinin qısa vaxtda da olsa keçmişə qayıtma hissləri və bu emosiyaları yaşada biləcək bir sıra məkanlar var. Bunlara nümünə kimi Gala Bazaar, Muğam Ocağı, Çanaqqalanın Muğam zalını, İçərişəhərdə yerləşən Şirvanşah, məşhur Şəkini və digər restoranların banket zallarını  misal çəkmək olar. Bunlarda klassik azəri ənənələrinin dizayn elementləri xüsusilə peşəkar memakrlar tərəfinən hazırlandığının şahidi olacaqsınız.

     

    Uşaqlar üçün ad günü:

    Bunu da bilirik ki, əksər hallarda ad günlərini valideynlər ilk növbədə öz körpə uşaqları üçün, xüsusən də 1 yaş tamamının keçirilməsinə xüsusi önəm verirlər. Bu səbəbdən əgər qonaqlarınızın içərisində az yaşlı uşaqlar üstünlük təşkil edəcəksə bu halda məhz uşaqların əyləncəsini və maraqlarını qarşılaya biləcək çox saylı atraksionlarla dolu xüsusi məkanları seçməniz məsləhətdir. Əslində bunları heç restoran adlandırmaq düzgün olmazdı, çünki təyinatı daha çox böyüklər üçün deyil, sırf körpələri şənləndirməyə yönəli əyləncə mərkəzləridir. Misal üçün Amazon kafe, Megafunda yerləşən açıq kafelər vəs. ola bilər. Ətraflı aşağıdakı siyahı ilə tanış ola bilərsiniz.

     Düşünürəm ki, tədbir keçirməyiniz üçün nəzərə alacağınız əsas kriteriyaları sadaladım. Lakin restoranları fərqləndirmək üçün daha kiçik nyuansları nəzərə almaq olar. Bu da sizin boynunuza. Lakin ən vacib iki məqam var ki, bu da xidmət, gigiyena, keyfiyyət amilləri və onun müqabilində alınan AZN-lə ölçülən haqqdır.

    Burada bəzi məşhur restoran və banket zallarına malik məkanlar qeyd etdiyimiz kateqoriyalara əsasən sıralanıb. Həmçinin müxtəlif xalqların mətbəxlərinə və dekorativ tərtibatına uyğun da restoranlar da yer alıblar:

Məsləhət Bilirik

Şuşa

Təbriz küç.61 (N.Nərimanov)

Qızıl Qaya

8-km, Mikayıl Əliyev 33

Elşən Palace

8 km / M. Əliyev küç. 1

Gilavar Saray

Gənclik M/T.Bəhramov stad.

Cıdır Düzü

7 MKR S.S. Axundov küç 1

Ülvi Saray

Mehdiabad qəs. 28 may küç.

Həyat Saray

8 MKR. Ə. Naxçıvani 59

Ballı

C.Xəndan 3097/(Elite TM)

Neptun

8 km / M. Əliyev 9A

Neon Palace

8 km. M. Əliyev 17

Golden Ring

8 km / B. Çobanzadə 2403

Venera

Babək, pr-t 37

Şahənşah

Azadlıq M./ S.S.Axundov 8

Gənclik

Gənclik / F. X. Xoyski 118A

Kəmalə & Nərmin

S.S. Axundov kuc.

Həyat Yolu

Ş.Kamilov 7(Bakıxanov T.M.)

Xan Sarayı

B. Çobanzadə 2

Versal Palace

7-ci mkr. A.Kunanbayev 57

Dalğa Palace

Babək pr. Honda Center

BƏM Lido

Fəzail Bayramov 1130/33

Monte Karlo

Babək pr. 2222

Arena Saray

Gənclik M. K. Rəhimov 15

İmperial

Asif Məhərrəmov 1

Planet Premium

Mehdi Abbasov 4

Spring

Bakı Dənizkənarı Dairəvi Yol

Royal Saray

Azadlıq pr.

Simfoniya Hall

S.S. Axundov 13E

Oazis Saray

7 mkr / Ş. Məmmədova 24

Sofiya

4 MKR, 20 Yanvar küç. 82

Çıraq Palas

7 mkr S.S.Axundov 20A