Gəlin razılaşaq ki, əgər siz toy və ya digər iri tədbirinizi keçirməyi planlaşdırırsınızsa bu zaman həmin məkanın əsas iştirakçısı olan yaxınlarınız və qonaqlarınız üçün lazımı sayda avto parkinq yeri və kifayət qədər toyun səs küyündən istirahət etmək üçün gəzişməyə ərazisinin olması ən vacib şərtlərdən biridir. Sözsüz ki, bu kimi üstünlüyə malik olan sarayların menyu dəyəri də digərlərindən bir qədər yüksək olacaq. Bu da məntiqlidir, belə ki, yüksək servis yüksək dəyərə malik olmalıdır. Çünki bu biznesdir! Ümumiyyətlə şadlıq saraylarının böyük əksəriyyətinin qonaq sayına müvafiq avtoparkınqlərin olmaması halını çoxlarımız öz üzərimizdə hiss etmişik. Istər toy qonağı kimi, istərsə də kənar yol iştirakçısı kimi. Bunlar hamısı isə yekunda toy zamanı obyektin qarşısında böyük tıxacların və tədbir iştirakçılarının əlavə narahatçılığı deməkdir ki,yekunda onların sizin toplantıya verdikləri qiymət olacaq.
Izləyəcəyiniz videoda Bakı şəhərində yerləşən 200 yaxın şadlıq sarayları arasında ən geniş əraziyə və parkinq üçün sahəyə malik olan şadlıq evlərinin siyahısı təqdim edilib. Videoda ardıcıllıq ilk olaraq ən böyüyü, hər növbəti biri isə daha kiçik olmaqla sıralanmışdır. Burada 40 ədəd obyektin Google Map-dən Sattelite rejimində qirmizi xətlərlə ərazisi işarələnmişdir. Bu materialı yaratmağın əsas məqsədi toyunuz üçün lazımı obyekti seçərkən şadlıq sarayının həyətyanı sahəsinə fikrinizi yönəltmək və bu məsələdə köməkçi olmaqdır. Araşdırmamız onu göstərir ki, ərazi genişliyi qiymətə təsir etsə də, bu həmişə doğru deyil. Misal üçün bunu Siyaqut, Həyat, Səma (Nobel pr.),BƏM Lido kimi meyu dəyəri orta kateqoriyalı şadlıq məkanlarında müşahidə etmək olar. Ən pis cəhət isə barmaqla sayıla biləcək yeraltı park xidməti olan sarayların olmasıdır. Bunlardan ən nümünəvi olanlardan biri Hollywood ola bilər. Buranın Yeraltıdayanacağı o qədər iridir ki, bir qədər də geniş tiksə idilər Azadlıq meydanının altında yerləşən Azərbaycanın ən böyük asfalt altı dayanacağını ötməli olacaq idi. Görünür məhz buna görə bir azca kiçiltməli olublar. Bu tipli dayanacaq Niaqara , Piano, Opera da mövcuddur. Lakin Babək pr. Şahzadə saray vardır ki, onun da yeraltı parkinqinin olmasına baxmayaraq reytinq cədvəlində yer ala bilməmişdir. Səbəb isə digərləri ilə müqayisədə avtomobil üçün yerin bir qədər az olmasıdır. Bu cür obyektlərin öz müştərilərini düşünərək əlavə xərclərə getməsi təqdirə layiqdir. Təcrübə göstərir ki, qonaq sayınıza nisbətdə 35-50%-i qədər avtomobil üçün yerin olması gərəklidir. Ona görə restoran seçimi zamanı bu faktoru nəzərə alın ki, nə sizin doğmalarınız, nə də ki, digər şəhər sakinləri yekunda avtomobil sıxlığından əziyyət çəkməsinlər!