Toy - Nişan - Ad Günü & Digər Tədbirlərinizə: 244 Şadlıq Sarayı & Restoran

Saray & Restoran
MENU
TƏDBİR
ƏRAZİ

BAKININ ƏN GENİŞ TƏDBİR MƏKANLARI BAZASI

Şad gününə Saray / Restoranlar

  • Royal Saray

    Royal Saray

    Azadlıq pr.

    Şadlıq saraylarının çox olduğu bir vaxtda hər birimiz fərqlilik və özəllik axtarışındayıq. Siz Royal şadlıq sarayına buyursanız arzularınız burda gerçəkləşəcək. məclislərinizi yaddaqalan olmasını və hər kəsin sizdən danışmasını istəyirsinizsə seçiminiz Royal - Efsane-Əfsanə şadlıq sarayı olsun. Dvcam və kran çəkilişi, toyunuzun yüksək səviyyədə təşkili, həmçinin inanılmaz hədiyyələr sizi gözləyir. Beləki bəy və gəlin maşını, şar və zər yağışı , tortun hazırlanması, kiçik toylar üçün klounun gəlişi və çox dəyərli məişət cihazları müdiriyyət tərəfindən sizə hədiyyə olunacaq. Royal şadlıq sarayının xoşbəxt olmanız üçün yaratdığı bu imkandan yararlanmağa tələsin! …

  • Oazis Saray

    Oazis Saray

    7 mkr / Ş. Məmmədova 24

    Zaman gəlib yetişdikdə iki gəncin ən xoşbəxtliyini bir gündə keçirtmək ən xoş anlardan biridir. Oazis Restoranının yeni toy zalı Sizinlə iki gəncin ən xoşbəxt anlarını ən yüksək səviyyədə, ürəyiniz istəyən kimi həyata keçirəcək. 200 nəfərdən 700 nəfərə kimi geniş Oazisin toy zalı sevgi ilə sizlərin xidmətindədir. Zövqlə bəzədilmiş bəy gəlin masası, Avropa və Milli mətbəxin ən ləziz təamları, populyar mügənnilərin ifası ən yadda qalan xatirənizə çevriləcək. Oazis restoranının yeni Toy zalı iki gəncin xoşbəxt həyatının ilk təkanı olacaq. Bir sözlə sevgi ilə dolu Oazisə gəlin.…

  • Planet Premium

    Planet Premium

    8 km M. Abbasov 4

    Bura yeni təmirdən çıxmış Planet Palace şadlıq sarayıdır. Bütün qonaqlarınızı tam rahat qəbul edəcək bu sarayda avropa və milli mətbəxin ən ləziz təamlarının dadı damağınızdan getməyəcək. Geniş rəqs meydançası, yüksək servis və gözəl toyların məkanı Planet Palace şadlıq sarayı. Münasib qiymət və yüksək keyfiyyət Planet şadlıq sarayında. Banket zalında isə canlı musiqi və növbənöv çeşidli mətbəx. 100 eşitməkdənsə, bir dəfə gəlib görmək məsləhətdir!…

  • Şuşa Saray

    Şuşa Saray

    Təbriz küç.61 (N.Nərimanov)

    Ən gözəl şadlıq saraylarından biri olan Şuşa şadlıq sarayı indi yeni dizaynda geniş toy zalı və çox komfortlu kiçik tədbirləriniz üçün banket zalı ilə sizin xidmətinizdədir. Hündur və geniş toy zalı Şuşa şadlıq sarayını digər rəqiblərindən üstün fərqləndirən xüsusiyyətlərindən biridir. Şuşa Restoranının dillərə dastan olan çeşidli yeməkləri,geniş rəqs meydançası, gözəl bəy-gəlin guşəsi əsrarəngiz zalımız isə toyunuza daha da rəng qatacaq. Susa restoranı şəhərin mərkəzində yerləşməsi qonaqlarınızın şəhərin istənilən ünvandan rahat və tez çatması üçün çox uyğundur. Susa Sarayının qarşısındakı geniş avtopark isə qonaqlarınızın çox rahat və təhlükəsiz parkinq etməsi üçün nəzərdə tutulub. Şuşa- Sizin axtardığınız ünvan.…

  • Yağmur Saray

    Yağmur Saray

    E.Bəkirli 1

  • Kremlin Hall

    Kremlin Hall

    Əhmədli, Telnov 23

    2018-ci ilin sonunda istifadəyə verilmiş Kremlin şadlıq sarayı öz möhtəşəmliyi ilə sizləri valeh etməyə qadirdir. Bu sarayda hər bir element xususi bir zövqlə hazırlanmış və incələnmişdir. Kremlin Hall-un xarici görünüşü elə onun daxili interyerinin zənginliyindən lap girişdən sizləri xəbərdar edir. Geniş və hündür tavanlı 2 zal, incə detallarla bəzədilmiş füsünkar 2 ədəd kiçik zallar sizin müxtəlif növ tədbirləriniz üçün nəzərdə tutulmuşdur. Sarayın üstünlüklərindən biri də 2 mərtəbəli geniş yeraltı parkinqidir. …

  • Halikarnas Hall

    Halikarnas Hall

    Zığ şossesi

  • Neptun Saray

    Neptun Saray

    8 km / M. Əliyev 9A

    Öz işinin ustası olan Neptun Sarayın işçi heyyəti sizin istənilən növ tədbirlərinizi ən yüksək şəkildə keçiməyə hazırdır. İstedadlı aşpaz və köməkçi heyyəti Sizin ürəyinizcə olacaq yeməklərin hazırlanmasında xüsusi peşəkarlığını göstərəcək. Neptun Şadlıq Sarayın rəhbərliyi isə öz növbəsində Sizin toy, nişan,xınayaxdı,ad günləri və bu kimi digər yaddaqalan günlərin təşkili üçün hər bir istəyinizi nəzərə alacağını unutmayın. Fərqli çeşiddə təqdim edilən menyular sizin cibinizə və zövqünüzə cavab verəcəyindən əmin ola bilərsiniz.Yetər ki, bura təşrif buyurasınız və buranın füsunkar zalı və keyfiyyətli menyusu ilə tanış olasınız. Ofisantlarımızın qonaqlarınıza gösətərəcəyi qulluq onların etimadlarını doğruldacaq və buradan razı gedəcəklərindən qətiyyən narahat olmaya bilərsiniz.…

  • İmperial Saray

    İmperial Saray

    1 mkr A. Məhərrəmov 1

    Zövq həzzə, həzz sevincə, sevinc sevgiyə, sevgi isə imperiala aparır. Sevginizdən zövq alın. Size narahat edən bütün sualları isə biz həll edəcəyik. Yeni təmirdən çıxmış geniş zal, arzuladığınız müğənni , milli və dünya mətbəxindən istənilən təam, qonaqlarınız üçün rahat avtopark, ən əsası İmperial şadlıq sarayı sizə Topqapı restoranının keyfiyyətini təqdim edir. Imperial – biz hər şeyi sizin əvəzinizdən düşünürük! …

  • Versal Palace

    Versal Palace

    7 mkr A.Kunanbayev 57

  • BƏM Lido Saray

    BƏM Lido Saray

    Xətai M./ F. Bayramov 33

    Bakı Əyləncə Mərkəzinin Lido zalı. Baki Eylence Merkezi Sizi burada əsrarəngiz toylarınızın keçirilməsinə dəvət edir.…

  • Nazlı Saray

    Nazlı Saray

    8 km. C. Naxçıvanski 79

    Həyatda ən dəyərli məqamlar sevincli, sevgi dolu məqamlardır və bu məqamlara özəllik qatmaq istəyənlər bu anı yalnız Nazli sarayda yaşaya bilərlər. Nazlı saray sizlərə böyük banket və nəhayət rahat, geniş, işıqlı toy zalını təqdim edir.Burda milli, avropa və şərq mətbəxi, eləcə də sakit foyedə furşet və barmenlər tərəfindən müxtəlif içkilər təqdim olunur. Nazlı şadlıq sarayı tərəfindən şar və zər yağışı, musiqi ansambl, kranla video çəkiliş, mələklər, bəy və gəlinə hazırlanmış xüsusi tort təqdimatı saray tərəfindən xüsusi hədiyyədir. …

  • Elşən Palace

    Elşən Palace

    8 km / M. Əliyev küç. 1

    Bura tam yenilənmiş Elşən palace-ın Bəyaz zalıdır. Ən gözəl toylar təşkil edən Elşən palace öz müştərilərinə ən sərfəli şərtlərlə toy, nişan və digər şənliklər keçirməyə dəvət edir. Avropa və milli mətbəxin növbənöv çeşidləri süfrənizin bəzəyi olacaq. Geniş zalımız gələn qonaqlarınızın tam ürəyincə olacaq. Kiçik zalımız da xidmətinizdədir. Elşen palas-da toy edənlərə bəy gəlin maşını, populyar müğənnilərin dəvəti, kranla toylarınızın çəkilişi, atəş-fəşanlıq Elşən Palace tərəfindən hədiyyə olacaq. …

  • Simfoniya Hall

    Simfoniya Hall

    7 mkr S.S. Axundov 13E

    2018-ci ilin ortalarında istifadəyə verilmiş Simfoniya Hall şadlıq sarayı öz möhtəşəmliyi ilə sizləri valeh etməyə qadirdir. Bu sarayda hər bir element xususi bir zövqlə hazırlanmış və incələnmişdir. Simfoniya Hall -un xarici görünüşü elə onun daxili interyerinin zənginliyindən lap girişdən sizləri xəbərdar edir. Geniş və hündür tavanlı 2 toy zalı sizin ən dəbdəbəli tədbirləriniz üçün nəzərdə tutulmuşdur. Sarayın üstünlüklərindən biri də geniş parkinqidir. …

  • Şahənşah Saray

    Şahənşah Saray

    Azadlıq Metr./ S.S.Axundov 8

    Unudulmaz toy üçün, nadir və qeyri adi yer axtarırsınız? Sevgi və xoşbəxtlik əhval-ruhiyyə ilə dolu məkan istəyirsiniz? Keyfiyyətli musiqi sizin üçün vacib rol oynayır? Siz düz gəlmisiniz. Sahensah Şadlıq Sarayı unudulmaz toy keçirmək üçün ən yaxşı məkandır. Biz həm sizin, həm də sizin qonaqlarınız üçün hər bir rahat şərait yaradırıq. Bunun üçün biz hər şey etmişik: zal, musiqi sistemi, müxtəlif xidmətlər, yeməklər, video və foto çəkilişlər. Sahənsah Şadlıq Sarayın toy zalımız böyük və gözəldir bütün qonaqlarınızı rahatlıqla özündə yerləşdirir. Bizim musiqi sistemimiz xüsusi şəkildə quraşdırılıb və beləliklə, siz səsdən yorulmursunuz, əksinə həzz alırsız. Bizim personalımız diqqətcil və nəzakətlidirlər. Bizim video və foto çəkilişlər yüksək səviyyədə keçirilir.…

  • Gilavar Saray

    Gilavar Saray

    Gənclik M/T.Bəhramov stad.

    Öz kübarlığı və modern dəbdəbəsi ilə daim digərlərindən seçilən Gilavar Saray ən son dəbləri izləyərək bütün standartlara cavab verən və ən tələbkar zövqləri qarşılaya biləcək iki zalı ilə qarşınızdadır. Möhtəşəm toylarınız üçün 300-600 nəfər qonaqlarınızı rahatlıqla qəbul edəcək tamamilə bəyaz rəngə bürünmüş və xüsusi işıq avadanlıqları ilə müxtəlif rəng çalarlarına qərq ola olan Bəyaz zalı ən son dekorativ trendləri özündə cəmləyib. Daha kiçik VİP zal 120-300 nəfərlik qonaqlarınız üçün nəzərdə tutulduğundan burada digər şad günlərinizi – toy, nişan, xınayaxdı, ad günü və s. bizə inamla etibar edə bilərsiniz. Şəhərin mərkəzində yerləşməsi (Gənclik M. /T. Bəhramov std. arxası) bütün qonaqlarınızın qısa vaxtda və rahat şəkildə tədbirinizdə iştirakı üçün ideal mövqedə yer alıb. Həmçinin bir çox şadlıq saraylarının ən ciddi çatışmazlıqlarından biri olan parkinq ərazisinin kasadlığı Gilavarda çox asanlıqla həllini tapıb. Geniş (350 avtomobillik) avtopark qonaqlarınızın nəqliyyatının sərbəstliklə parklanması üçün yaradılmışdır. Lakin şəhərin mərkəzində olmasına baxmayaraq Gilavar 4 tərəfdən şam ağaclarından ibarət meşəliyin içərisində yer alıb, bu isə həm ekoloji təmizlik, sakitçilik və xüsusi bir abu hava verir buraya. Gilavarın həyətinə daxil olandan özünüzü şəhərdən kənarda, rahat bir atmosferdə hiss edəcəyiniz bizdə şübhə yaratmır. Həyətdən Bəyaz zala aparan pilləkanlar heç bir yerdə rast gələ bilməyəcəyiniz unikal bir dekor üslubunda-qırmızı xalçalı açıq tunel ilə inşa olunmuşdur. Bu isə qonaqlarınızın, xüsusilə də Bəy&Gəlinin təmtəraqla zala daxil olmasına üçün dizayn edilib. Digər bir üstün cəhətimiz əsas toy zalımız hesab olunan Bəyaz zalın və onun foyesinin hündür və genişliyi ilə seçilməsidir ki, bu da toyunuzun komfortu üçün hesablanıb. Menyuya daxil olan yeməklərimiz çox gigiyenik şəraitdə, düzgün inqridientlərdən hazırlandığı üçün Gilavar saray uzun illərdir ki, müştərilərini qoruyub saxlaya bilmişdir. Siz də gəlin ki, sadaladığımız bütün fərqlilik və üstünlüklərimizi öz gözləriniz ilə görə biləsiniz.…

  • Cıdır Düzü

    Cıdır Düzü

    7 mkr S.S.Axundov 1

    Cidir Duzu Şadlıq Sarayı Sizə daim yüksək xidmət göstərməkdən qürur duyur! Öz şad gününüzü burada keçirmək şansını əldən qaçırmayın. Bizdə xeyir işini keçirən hər bir kəs daimi məmnun olaraq bizi xatırlayır.Məqsədimiz müştərilərin istəklərini və imkanlarını nəzərə alaraq, qonaqların zövqünün oxşayacaq tədbiri təşkil etməkdir. Biz uzun bir müddətdir ki, öz müştərilərimizin ən gözəl günlərinin təşkili ilə məşğul olduğumuz üçün bundan fəxr hissi keçiririk və bu sahədə professionallığımıza etibar edə bilərsiniz!…

  • Al Saray

    Al Saray

    7 mkr / S.S. Axundov

  • Həyat Saray

    Həyat Saray

    8 MKR. Ə. Naxçıvani 59

    Həyat saray şəhərin daxilində yerləşərək Ayna Sultanova heykəlinin bir neçə yüz metrliyindədir. Həyat şadlıq sarayın qarşısında yerləşən kiçik həyəti müxtəlif ağac və bitkilərlə dolu bir parkı xatırladır. Burada toyun səs küyüdən istirahət etmək istəyən qonaqlarınız üçün istirahət məkanına çevrilcək. Üç mərtəbəli Heyat sarayı Sizin Toy, nişan,xınayaxdı,ad günləri və bu kimi digər yaddaqalan günlərin təşkili üçün hər bir şeyi etmiş. Yetər ki, bura təşrif buyurasınız və buranın menyusu ilə tanış olasınız. Bütün qonaqlarınızı yerləşdirməyə hazır zalımız geniş rəqs meydanı və füsunkar daxili tərtibatı ilə gözünüzü oxşayacaq.…

  • Golden Ring Saray

    Golden Ring Saray

    8 km / B. Çobanzadə 2403

    Qolden Rinq Şadlıq Sarayı Sizə daim yüksək xidmət göstərməkdən qürur duyur! Öz şad gününüzü burada keçirmək şansını əldən qaçırmayın. Bizdə xeyir işini keçirən hər bir kəs daimi məmnun olaraq bizi xatırlayır.Golden Ring olaraq məqsədimiz müştərilərin istəklərini və imkanlarını nəzərə alaraq, qonaqların zövqünün oxşayacaq tədbiri təşkil etməkdir. Biz uzun bir müddətdir ki, öz müştərilərimizin ən gözəl günlərinin təşkili ilə məşğul olduğumuz üçün bundan fəxr hissi keçiririk və bu sahədə professionallığımıza etibar edə bilərsiniz!…

  • Venera Saray

    Venera Saray

    Babək, pr-t 37

  • Xan Sarayı

    Xan Sarayı

    8 km / B. Çobanzadə 2

    Əsl zadəganlara layiq – Xan Sarayı şadlıq sarayı. Axtardığınız hər bir şeyi burda tapacaqsınız. Dəbdəbəli toy zalı, Milli və avropa mətbəxinin ləziz yeməkləri burada – Xan Sarayında. Xan Sarayı bəy və gəlinə xanlara layiq hədiyyə.…

  • Çıraq Palas

    Çıraq Palas

    7 mkr S.S.Axundov 20A

    Yeni istifadəyə verilmiş Çıraq palasda geniş toy zalı, kiçik banket zalı ilə Sizlərin xidmətinizdədir. Burada Avropa və Milli mətbəxin ləziz təamlarının dadı damağınızdan getməyəcək. Geniş rəqs meydançası, gözəl bəy və gəlin guşəsi, əsrarəngiz zalımız isə toyunuza daha da rəng qatacaqdır. Çıraq palas eyni zamanda geniş yeraltı avtoparkinqi ilə də digər məkanlardan seçilir. Dəbdəbəli foyemiz isə saraya ilk girişdən onun əzəmətindən xəbər verir. Ciraq Palas - Sizin axtardığınız Məkan!…

  • Arena Saray

    Arena Saray

    Gənclik K. Rəhimov 15

    ABU Arena şadlıq sarayı toy,nişan, ad günləri, yubileylər, korporativ tədbirlər və digər mühüm tarixləri anların yaşanılması üçün komfortlu və dəbdəbəli zalını təklif edir. Böyük VIP salonunda bütün qonaqlarınızın rahat şəkildə əyləşməsi üçün hər bir şərait yaradılıb. Hündür tağlı tavanlar, qızılı rəngli kapiteliyalı teatral lojalar Sizə imperator sarayını xatırladacaq. Arena restoranının ölçüləri, nəcib ağ və qızılı rənglərin ahəngi, büllur çilçıraqlar və mərmər döşəmə bütün qonaqları özünə valeh edəcək. Geniş zalın bayramsayağı və eyni zamanda da rahat atmosferi Sizin istənilən tədbirinizi yaddaqalan və təntənəli edəcəyinə əminik. Abu Arena - sizin axtardığınız məkan! …

  • Bahar Saray

    Bahar Saray

    8 km M. Gəncəvi,132

    Bahar fəsli olaraq təbiətə yeni həyat bəxş edir. Biz isə Bahar şadlıq sarayı olduğumuz üçün bu missiyanı davam etdiririk. Kiçik zalda banketlərinizi, Böyük zalda isə sevgi tarixinizə yazacağınız özəl gününüzü qeyd edə bilərsiniz. Biz bahar olduğumuz üçün siz aşıqləri düşünərək çox münasib qiymətlərlə Sizi razı salacağıq. Bəy-gəlin maşını , çəkiliş, zalın tərtibatı müdiriyyət tərəfindən hədiyyə olunur. Həyatınız hər zaman Baharını yaşasın!…

  • Xəzinə Palace

    Xəzinə Palace

    H.Z. Tağıyev küç.