Bakı ş.
Müştəri Baxış Sayı 3901
Hamı bilir ki, şadlıq sarayların hamısında fotoqraflar mövcuddur. Hamı bilir ki, bir çəklin qiyməti 2-3 azn arasında dəyişir, amma heç də hər bəy və gəlin bilmir ki, onların toy günü etdiyi fotosessiya heç də hər şadlıq sarayında yaxşı fotokorreksiya olunmuş bir foto alboma çevrilmir. Əksər hallarda şadlıq saraylarının fotoqrafları tərəfindən çəkilən şəkillər heç də yüksək kreativliyi və keyfiyyəti ilə seçilmir. Bəs görəsən keyfiyyətin aşağı olmasının və bəy gəlinin hələ də fotoalbomu onlardan almasının səbəbi nədir? Buna bir sıra səbəblər var:
Toy fotoqrafları bir qədər öz işlərinə konveyer kimi baxdıqlarından öz kreativ ideyalarının və fotoçəkiliş materiallarının üzərində bir o qədər də işləmirlər və bu sahədə inkişaf etmirlər. Beləki əsas qazancları toyda qonaqların çəkilişi olduğundan bu çəkiliş iki məkanda baş tutur. Ya yeməklərdən aşıb-daşan süfrə arxasında qucaqlaşan qohumların çəkilişi, ya da ki, bəy-gəlinin başına daraşan 15-20 nəfəri bir kadra sığdırmağa çalışılan digər məkanda. Burda isə əsas məsələ fərqli ideya deyil, “necə edim ki,bunların hamısı kadra düşsün, özü də hamı gülümsəyərkən”-dir. Digər tərəfdən isə istifadə etdikləri avadanlıqlar bir o qədər keyfiyyətli və bahalı model fotoaparat, obyektiv və fototexnika aksessuarları olmur. Yekunda 500 azn-lik texnika ilə çəkilən fotolar, çətin ki, 2000-4000 azn civarında buna xərc qoyan peşəkar fotoqrafın verdiyi nəticə eyni ola. İnanın ki, əsl peşəkarın əlində bahalı və demək ki, keyfiyyətli avadanlıq əsl möcüzələr yaratmaq iqtidarındadır.Fotoqrafın əsas “çörək ağacı” olan fototexnikasına yatırdığı puldan asılı olaraq, onun bu işə nə qədər ciddi yanaşdığına, nəticə etibarı ilə bugünə kimi bu sənətdə nə qədər vaxt keçirdiyinə və bundan sonra da gələcəkdə özünü bu peşədə gördüyünə birbaşa işarədir. Bu isə əsl peşəkarın əsas göstəricilərindən biridir. Buna görə fotoqrafla görüşərkən onun studiyası və fototexnikasına diqqət etmək, onun indiyə qədər çəkdiyi şəkillər qədər vacibdir.Onu da qeyd etmək lazımdır ki, heç də bütün peşəkar fotoqraflar onlara lazım olan bütün texnikaya daim özləri sahib olmurlar. Bəzi hallarda çəkiliş formatına uyğun olan obyektiv növünü kirayələməyə üstünlük verirlər. Lakin bu məsələ səni bir o qədər narahat etməli deyil. Əsas məsələ fotoqrafın düzgün texnikanı, şəraitə uyğun istifadə etməsidir. Tapdığınız fotoqrafın əl işləri ilə tanış olandan sonra onun harada, neçə dəfə çəkiliş edəcəyini əvvəlcədən razılaşdırın. Harada dedikdə, love story çəkilişinə görə Bakının görməli yerləri və ya Azərbaycanın gözəl təbiət guşələrində fotosessiya edilməsi, toy günü gəlin gətirdi və əlbətdə ki, toy günü olan çəkilişlərindən söhbət gedir. Çəkilişin qiyməti isə 300-400 azn-dən başlamış,1500-2000 azn-ə kimi qalxa bilər. bu əlbət də, fotoqrafın məşhurluğu və sabih olduğu fotostudiyanın brendinə görə dəyişə bilər. Lakin nəzərə alın ki, çəkilişin əsas vacib hissələrindən biri də toydan sonra hazır təhvil veriləcək , fotomaterialların emalından da ibarətdir. Buna az qala çəkilişin özündən daha çox vaxt, zəhmət və dəqiqlik tələb olunur. Buna görə də fotoqrafın zəhmətini dəyərini elə aşağı tutmayın. Onu da bilin ki, əgər siz yüksək zövqlü və kreativ dolu bir fotosessiya istəyirsinizsə çox da ucuz fotoqraflara qaçmayın. İnternetdə bəzi elanlarlarda çox minimal qiymətə çəkiliş aparan fotoqraflara rast gələ bilərsiniz. Burada 2 məsələ var. Ya fotoqrafın iş keyfiyyəti həqiqətən də ya çox aşağıdır ki, bu səbəbdən qiyməti də aşağıdır. Ya da ki, əvvəlcədən aşağı qiymətlə müştərini öz qarmağına salıb ardınca hər əlavə xidmətə görə pul tələb edən “peşəkarlardan”.
Şadlıq saraylarında danışıq apararkən ən sonda razılığa gəlinən məsələlərdən biri də toyda bəy və gəlini kimin çəkməsidir. Adətən saraylarda bu sualın cavabı “elə bizim fotoqraf” olacaq. Nəzərə alın ki, saraylarda fotoqrafın onların özünün olması əlbət ki, saray rəhbərliyinə sərf edir. Belə ki, onlar hər toydan fotoqraf komandasından 200-300 azn civarında ödəniş alırlar. Bunu əlbət ki, toy edən ev yiyəsi məlumatlı olmurlar. Lakin siz qəti şəkildə öz fotoqrafınızı gətirəcəyinizi bildirsəniz bu zaman bu haqq sizin boynunuza düşəcək. Buna biləsiniz və buna hazır olasınız. Əgər bu haqqı ödəyərək fotoqrafınzı gətirirsinizsə bilin ki, ona yalnız sizin, yəni bəy və gəlinin şəklini çəkməyə ixtiyar verilir. Qonaqların stol və bəy gəlin masası arxasında fotosu isə saray fotoqraflarının “çörəyidir”. Yox əgər saray fotoqrafının çəkilişinə razılıq vermisinizsə, bu halda toydan bir neçə ay əvvəl fotorqraf komandasının rəhbəri ilə görüşüb fotoalboma görə nə qədər pul verəcəyinizi və onun içərisinə neçə şəkil və diskin daxil olub olmayacağını əvvəlcədən razılaşdırın. Yoxsa toy günü bu ya mübahisəyə səbəb ola bilər, ya da ki, siz tərəfdən əlavə xərclərə. Məsləhətdir ki, həmin fotoqrafın da əl işlərini nəzərdən keçirib nə qədər sizə uyğun olub olmadığını planlayasınız. Onu bilin ki, Bakı şəhərində kifayət qədər fotoqraf var ki, onların da arasında peşəkarları da az deyil. Toyunuzun yaddaqalan bir xatirələrə çevrilməsi ümidi ilə. Ümidvarıq bu məqalə sizə fotoqraf axtarışında kifayət qədər köməklik göstərə bildi.